Ağdam-Füzuli avtomobil yolunun inşası davam edir - Foto
Bizi izləyin

Sosial

Ağdam-Füzuli avtomobil yolunun inşası davam edir - Foto

2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Bərdə-Ağdam avtomobil yolunun davamıdır.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında AAYDA-nın avtomobil yollarının istismarı və təmiri baş idarəsinin böyük mütəxəssisi Fərid Qədirov deyib.

Bildirilib ki, bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir.

"Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir. Hazırda yolda torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol üzərində 5 ədəd körpü və 2 ədəd yolötrücü layihələndirilib. Artıq 2 ədəd körpünün və 1 ədəd yolötrücünün tikintisi başa çatıb. Digərlərinin tikintisi davam etdirilir. Artıq yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləridə görülür", - deyə F. Qədirov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm