Sosial
İlahiyyatçı: "Qadın kişi həkimlə siğə etdirməlidir" - Video
12:55
“Dinimizdə siğə anlayışı müxtəlif cür başa düşülür. Siğəni müddətli dini nikahla səhv salırlar. Lakin bunun mənası başa düşüldüyü kimi deyil”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında tanınmış ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.
O siğənin necə və nə zaman bağlanmasından danışıb:
“Bir sıra hallarda siğə bağlamaq olar. Bunu bir növ anlaşma, müqavilə kimi də izah etmək mümkündür. Əgər kişi hər hansı bir xanımla eyni yerdə qalacaqsa, günaha batmamaq üçün siğə edə bilər. Yaxud deyək ki, qadına hər hansı bir məsələ üçün toxunmalı olan şəxs naməhrəm sayılmamaq üçün bu dini müqaviləni bağlamalıdır. Məsələn, qadın ölüm ayağındadır və onu məzara qoyacaq atası,qardaşı, həyat yoldaşı yoxdur. Bu vəzifəni başqa bir şəxs üstünə götürməlidir ki, naməhrəm sayılmasın. Bu kimi hallarda siğəyə müraciət edilir.
Siğə həm də tibbi müdaxilələr zamanı mütləq olmalıdır. Kişi həkim tərəfindən edilən estetik, ginekoloji müayinə və əməliyyatlar və digər başqa hallarda bunun olması dini cəhətdən zəruridir. Doğrudur, müasir dövrdə çox insan buna o qədər də ciddi yanaşmır. Ancaq dini nöqteyi nəzərdən bu olduqca vacib haldır”.
İlahiyyatçı onu da qeyd etdi ki, hazırda bir çox plastik əməliyyatlardan sonra qadınların üzü bağlanmaqla çılpaq şəkilləri paylaşılır. Həmin bədən əzaları naməhrəm sayılır deyə bu da din baxımından doğru hesab edilmir.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq









.jpg)


























