Prokurorluq bu müəssisələrə xəbərdarlıq etdi
Bizi izləyin

Sosial

Prokurorluq bu müəssisələrə xəbərdarlıq etdi

“Əmək Məcəlləsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır”

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, işçilər ilin soyuq vaxtında havanın temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara fasilələr verilməli və iş dayandırılmalıdır: “Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir. Küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. Tikinti işləri görüldükdə və ya dənizdə işləyərkən küləyin gücündən asılı olaraq qanunla nəzərdə tutulan bir sıra işlərin görülməsi dayandırılır. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəzləyən növbələrlə təmin edilməlidir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.

Vurğulanıb ki, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm