Sosial
Kapital Bank “Euromoney” beynəlxalq forumunda iştirak etdi
Hər il ənənəvi olaraq Mərkəzi və Şərqi Avropa ölkələrinin aparıcı beynəlxalq banklarının, maliyyə, biznes və dövlət sektorunun, eləcədə dövlət tənzimləyici orqanlarının nümayəndələrinin çıxışları və iştirakı ilə yadda qalan “The Euromoney CEE Forum”-u hər il olduğu kimi bu il də Avstriyanın paytaxtı Vyana şəhərində keçirildi.
Forumda Kapital Bank-ı Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev, Komplayens Departamentinin direktoru Almaz Musayeva və bankın Maliyyə İnstitutları şöbəsinin rəisi Anar Bayramlı təmsil edib.
2024-cü ilin əsas maliyyə trendlərinin müəyyən edildiyi forumu çıxış nitqi ilə forumun rəsmisi Francesca Cockcroft açıb. Daha sonra Avropa İnvestisiya Fondunun rəhbəri Roger Havenith və Avstriya Bank qrupu olan Raiffeisen Bank International-ın Baş Maliyyə direktoru Sabine Abfalter əsas spiker olaraq çıxış ediblər. Spikerlərin çıxışında Mərkəzi və Şərqi Avropa regionlarında hazırki iqtisadi vəziyyət, investisiya sahələrinin genişləndirilməsi, bank sektorunun təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsi və unikal həll yollarının təqdimatı yer alıb. Vurğulanıb ki, dünyanın maliyyə trendləri qloballaşan texnoloji inkişaf standardları ilə eyni sürətdə yenilənərək, dəyişir. Kapital Bank olaraq öncəliyimiz bu dinamik inkişaf prosesini, beynəlxalq təcrübəni izləyərək müştərilərimizə daha keyfiyyətli xidmət göstərməkdir. Elə bu məqsədlə də tədbirdə iştirak edən bank əməkdaşları dünyanın, eləcə də Avropa və Şərqi Avropa banklarının 20-yə yaxın nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.
Qeyd etmək lazımdır ki, 29 ildir ki, Mərkəzi və Şərqi Avropa, eləcədə onun hüdudlarından kənarda olan 1000-dən çox dövlət, özəl, bank və investisiya sektoru liderlərini bir araya gətirən forum Avropada keçirilən ən böyük tədbirlərdən biridir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
-
Magazin203:35
Qorbaçovu, Stalini və Çörçili canlandıran aktyor vəfat etdi
-
İdman02:43
Onu axmaq yerinə qoydular: Deşam Mbappedən qisas alır?
-
Magazin102:19
Aygün Bəylərin abidəsi ucaldıldı - FOTO
-
Qoroskop00:16
Günün qoroskopu: axşam saatlarını evdə keçirməyin!
-
ABŞ13 Noyabr 22:56
Melaniya Tramp Ağ Evdə yaşamaq istəmir - SƏBƏB
-
Hadisə13 Noyabr 22:32
Bakıda 63 yaşlı məhkəmə hakimi futbol oynayarkən öldü - FOTO
-
İdman13 Noyabr 22:20
“Qarabağ” Avropa klublarını COP29 üçün Bakıya gətirir
-
Magazin113 Noyabr 21:57
Efirdə Əməkdar artistə ata olacağını dedikləri üçün cəzalandırıldılar