Sosial
Seçkilərlə əlaqədar bu ölkələrdə məntəqə seçki komissiyaları yaradıldı
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ərəb ölkələrində məntəqə seçki komissiyaları yaradılıb.
Publika.az Secki-2024.az-a istinadla xəbər verir ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 16 saylı Yasamal 2-ci seçki dairəsi üzrə 56 saylı məntəqə seçki komissiyası yaradılıb. Baş konsulluq bu şəhərdə yaşayan Azərbaycan vətəndaşlarına xatırladıb ki, onlar seçkilər günü öz sənədlərini (pasport, şəxsiyyət vəsiqəsi) məntəqə seçki komissiyasına təqdim etməlidirlər.
Daha üç məntəqə seçki komissiyası İordaniyanın paytaxtı Əmmanda, BƏƏ-nin paytaxtı Əbu-Dabidə və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Azərbaycanın bu ölkələrdəki səfirliklərinin inzibati binalarında yaradılıb. Diplomatik nümayəndəliklərin müraciətlərində qeyd olunub ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə məntəqə seçki komissiyaları formalaşdırılıb.
Bu ölkələrdə səsvermə yerli vaxtla saat 08:00-dan 19:00-a qədər keçiriləcək.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO