Sosial
I qrup əlil evdə səs verməkdən imtina etdi, məntəqəyə getdi
56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 39 saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə edilir.
Publika.az xəbər verir ki, qeydiyyatda olan birinci qrup əlil, Şabran rayon Sincanboyad kənd sakini Məmmədov Rahib Ağası oğlu onun üçün daşınan qutunun gətirilməsindən imtina edərək məntəqədə səs vermək istədiyini bildirib.
1963-cü il təvəllüdlü R.Məmmədov bu istəyini Zəfər seçkisinə verdiyi önəmlə əlaqələndirib.
“Sağ olsunlar, dedilər qutu gətirək evdə səs ver. Bundan əvvəlki seçkilərdə elə olub. Ancaq bu dəfə razılaşmadım, dedim bu elə seçkidir ki, necə olursa olsun, özüm gəlib məntəqədə səs verəcəm. Çünki bugünkü seçkiləri Azərbaycanımızın hər yerində keçiririk. Bu, xalqımız üçün böyük hadisədir, Zəfər seçkisidir!”.
Qeyd edək ki, Rahib Məmmədovun arzusu reallaşdırılıb və onun əlil arabasında məntəqəyə daxil ola bilməsi üçün pilləkəndə xüsusi şərait yaradılıb.(Qafqazinfo.az)
-
Ekologiya07:17
Bu gün yağış yağacaq
-
Magazin106:46
Vüsaləyə 1000 manatlıq hədiyyə göndərdilər - VİDEO
-
Sosial04:44
Anası şəhid oğlunun məzarı başında hansı sirri öyrənib? - VİDEO
-
Sosial04:14
Göyçayda asfaltın ortasında alov əmələ gəldi - VİDEO
-
Magazin203:43
“Polis akademiyası”nın prodüseri vəfat etdi - FOTO
-
Sosial00:15
Deputatların rəqsi gündəm oldu - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Münaqişəyə səbəb ola bilərsiniz
-
Sosial7 Dekabr 23:36
Yeni ili bölgələrdə qarşılamaq görün neçəyə başa gələcək - QİYMƏTLƏR / VİDEO