Şirvanda 1223 seçici ilk dəfə səs verir
Bizi izləyin

Sosial

Şirvanda 1223 seçici ilk dəfə səs verir

Fevralın 7-də respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də növbədənkənar prezident seçkilərinə start verilib.

Publika.az xəbər verir ki, səhər saatlarından bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur.

Şəhərdə fəaliyyət göstərən 51 saylı Şirvan və 68 saylı Sabirabad – Şirvan dairə seçki komissiyalarını əhatə edən 47 seçki məntəqəsi səhər saat 8:00-da öz qapılarını seçicilərin üzünə açıb. Məntəqələrdə açılış zamanı vətəndaşların izdihamı müşahidə olunub.

Dairə seçki komissiyalarından verilən məlumata əsasən səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib.

2 seçki dairəsinin 12 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki dairələri üzrə 57510 nəfər səsvermə hüququ olan vətəndaşın adı siyahıya alınıb, onlardan 1223 nəfər ilk dəfə səsverənlərdir.

Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçi izləyir.

Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.

Seçkidə şəhid ailələri, müharibə iştirakçıları aktiv iştirak ediblər. Həmçinin, Şirvan şəhər sakini 1-ci qrup əlilliyi olan Ağayev Mübariz Hacıağa oğlu yaşlı, xəstə və əlilliyi olan şəxslər üçün ayrılmış daşınan seçki qutusundan imtina edərək, böyük həvəslə məntəqəyə gəlib və seçkidə iştirak edib.

Qeyd edək ki, Mübariz Ağayev Şirvan şəhər 51 saylı seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.(Qafqainfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm