Sosial
“Zeytun Bağları” markası “Liv Bone Dea”da sosial tədbir keçirdi
“Zeytun Bağları” markası “Liv Bone Dea”da sosial tədbir keçirib "Zeytun Bağları" markasının təşkilatçılığı ilə “Liv Bona Dea” Hospitalda "Zeytun yağının faydaları" mövzusunda sosial xarakterli tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə zeytun yağının növləri, faydaları, xərçəng xəstəliyindən qorunmada müsbət rol oynaması haqqında mövzulara toxunulub. Hospitalın həkimi, terapevt Nəzrin Namazova mövzu ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.
Belə ki, zeytun yağı dəri xərçənginin qarşısını alır və dərinin sağlam qalmasını təmin edir, çox güclü nəmləndiricidir və ona görə ən sağlam təbii kosmetik vasitə hesab olunur.
Bununla yanaşı tərkibində olan böyük miqdarda mono doymamış yağ turşuları və antioksidant maddələr sayəsində artıq çəki yaratmır. Həmçinin zeytun yağı həzm sistemində yaranan bir çox problemləri (qəbizlik, köp və s.) aradan qaldırmağa kömək etməklə yanaşı həzm prosesində metabolizmi sürələndirir.
Qeyd edək ki, qanda şəkərin miqdarının artmasının və ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır. Damarların divarına yapışan pis xolesterolun (LDL) miqdarını aşağı salır, müsbət xasiyyətli xolesterolu isə (HDL) yüksəldir. Eləcə də, qanda laxtalanmanı azaldaraq, damarlarda tıxanma riskini aşağı salır.
Zeytun yağı yüksək təzyiqin qarşısının alınması baxımından da müsbət təsirə malikdir. Zeytun yağından istifadə edən insanlarda qan təzyiqinin normal olduğu bilinir. Sərbəst radikalları zərərsizləşdirərək xərçəng xəstəliyin yaranmasın da qarşısını alır.
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ
-
İqtisadi gündəm10:49
Qarşıdakı 3 ildə dolların məzənnəsi üçün proqnoz: Görün neçəyə olacaq
-
Dünya10:18
ABŞ bunu etsə, Zelenski gedəcək - Onu kim əvəz edəcək?
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO