Məktəbli qızların biabırçı videosu ilə bağlı DİN-dən açıqlama: Tədbir görüləcək
Bizi izləyin

Sosial

Məktəbli qızların biabırçı videosu ilə bağlı DİN-dən açıqlama: Tədbir görüləcək

156 nömrəli tam orta məktəbinin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib

Publika.az xəbər verir ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Bildirilib ki, valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.

Eyni zamanda Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm