Sosial
“Azercell”in dəstəklədiyi məktəblilər qızıl medal qazandılar
“Azercell”in dəstəklədiyi məktəblilər “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində medal qazanıblar.
Publika.az xəbər verir ki, onlar uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal əldə ediblər.
9-18 fevral tarixlərində Rumıniya Respublikasında keçirilən yarış onlayn formatda baş tutub.
Yarışda 13 ölkədən 135 şagird iştirak edib.
Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər.
Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərin qazandığı ilk qızıl medaldır. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Bu müddət ərzində məktəblilər müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”