Bütün sərvətini tibb bacısına bağışladı: qohumları etiraz edir
Bizi izləyin

Sosial

Bütün sərvətini tibb bacısına bağışladı: qohumları etiraz edir

İtaliyanın Trento əyalətinin Rovereto şəhərindən olan aristokrat 5 milyon avroluq sərvətini tibb bacısına vəsiyyət edib və yaxınlarını mirassız qoyub.

Publika.az xəbər verir ki, bu barədə "L'Adige" yazıb.

Zadəgan nəslindən olan Mariya Mafatti ötən ilin noyabrında 80 yaşında dünyasını dəyişib. O, evli olmadığı üçün birbaşa varis təyin etməyib. 80 yaşlı milyonçu bütün əmlakını, o cümlədən mənzillərini, tarixi malikanəsini və bank hesablarındakı pulları ona baxan tibb bacısına vəsiyyət edib.

Vəsiyyətnamə açıqlandıqdan sonra qadının yaxınları vəkillə əlaqə saxlayıb və prokurorluğa şikayət ediblər. Onların sözlərinə görə, tibb bacısı Mafattinin aciz vəziyyətindən istifadə edərək vəsiyyəti onun xeyrinə düzəldib. İstintaq zamanı prokurorluq mirası dondurub.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm