Sosial
FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vuruldu
17-19 aprel 2024-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Nazirliyin qurumları arasında komanda və şəxsi birincilik üzrə stolüstü tennis çempionatı keçirilib.
İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə keçirilən çempionatda FHN-in Aparatı və qurumlarının ümumilikdə 15 komandasından 60-a yaxın əməkdaş iştirak edərək əzmkar mübarizə aparıb. Çempionatın baş hakimi Zaur Mikayılov tərəfindən idarə edilən turnirdə qaliblər müəyyən olunub.
Tədbirin bağlanış mərasimində çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında idman mərkəzlərindən birinə çevrilməsindən, idmançılarımızın qazandığı möhtəşəm uğurlardan danışıb. O, qeyd edib ki, idmanın stolüstü tennis növü gənclərin həm asudə vaxtlarını səmərəli keçirməsi, həm də fiziki sağlamlıqlarının təmin edilməsində böyük əhəmiyyətə malikdir. F.Musayev 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən stolüstü tennis üzrə komanda və şəxsi birincilik yarışlarında FHN-in komandasının qazandığı yüksək nailiyyətlərə toxunub.
Sonra çempionatda uğur qazanmış komandalar və iştirakçılar təltif olunublar. 3 gün davam edən yarışda Dövlət Yanğından Mühafizə Xidmətinin komandası bütün rəqiblərinə qalib gələrək komanda hesabında birinci olub. Çempionatda ikinci yerə Şimal-qərb Regional Mərkəzinin, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının komandası layiq görülüb.
Şəxsi yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Əli Bayramov çempion adını qazanıb. İkinci yerə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı İlqar Cəfərov, üçüncü yerə isə FHN Akademiyasının əməkdaşı Rüstəm Buğluyev sahib olub.
Sonda qaliblər kubok, diplom və medalla mükafatlandırılıb. Çempionatın keçirilməsində hakimlik xidmətlərinə görə Azərbaycan Stolüstü Tennis Federasiyasının Hakimlər Komitəsi, göstərdikləri səy və xidmətlərə görə Tibb Xidmətinin əməkdaşları və çempionatın veteran oyunçusu kimi “İzotop” xüsusi kombinatının əməkdaşı Məmmədbağır Həsənov fəxri fərmanla təltif olunublar.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO