Azərbaycanlı iş adamının qatili haqda İLGİNC DETALLAR - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanlı iş adamının qatili haqda İLGİNC DETALLAR - FOTO

Xəbər verdiyimiz kimi, aprelin 20-də Moskva vilayətinin Balaşixa şəhərində 61 yaşlı azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib.

İş adamını güllələyən qatil və onun ortağı Türkiyədə gizlənib.

Publika.az müsavat.coma-a istinadla xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Xatırladaq ki, qatil aprelin 20-də Nazim Əhmədovu mağazasının yaxınlığında pusquya salaraq güllələyib. O, iş adamına sinəsindən və başından atəş açıb. Qatil Nazim Əhmədovun həyat yoldaşını da öldürməyə cəhd edib. Cinayət ortağı qatilin hadisə yerindən qaçmasına kömək edib. Məlumata görə, onlar Şeremetyevo hava limanından Türkiyəyə uçublar.

Qətlin sifariş xarakterli olduğu ehtimal edilir.

Moskva vilayəti üzrə İstintaq Komitəsində hər iki şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə və qanunsuz silah alveri ittihamı irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm