Azərbaycana qarşı məkrli niyyətlərini ortaya qoyublar - Novruzov
Bizi izləyin

Sosial

Azərbaycana qarşı məkrli niyyətlərini ortaya qoyublar - Novruzov

Azərbaycanın uğurları artdıqca bizi istəməyən qüvvələr məkrli niyyətlərini həyata keçirməyə başlayıblar. Bu, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər və həmin dövlət və təşkilatlara xidmət göstərən ölkədəki şəxslər, bəzi partiya sədrləridir.

Publika.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, dünya ölkələri özlərini demokratik adlandırsalar da, Azərbaycanın haqq işinə nəinki dəstək veriblər, ümumiyyətlə buna qarşı məkrli niyyətlərini ortaya qoyublar:

“Xocalı soyqırımını törədənlər, Gəncəni, Bərdəni bombalayanlara, dinc sakinlərə atəş açanlara qarşı heç bir sanksiya tətbiq olunmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm