Ötən sutka ərzində 27 halda yanğına çıxış oldu - FHN
Bizi izləyin

Sosial

Ötən sutka ərzində 27 halda yanğına çıxış oldu - FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Publika.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfəri xilas ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm