Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"
Bizi izləyin

Sosial

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos adasında təşkil edilən Avropa çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrik Birinci vitse-prezidentin rəsmi "Instagram" səhifəsində paylaşılıb.

"Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!", - paylaşımda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm