Ağır əməliyyat keçirən Salam Sarvan danışdı: 10-15 günə...
Bizi izləyin

Sosial

Ağır əməliyyat keçirən Salam Sarvan danışdı: 10-15 günə...

Şair Salam Sarvan səhhətindən danışıb.

Publika.az xəbər verir ki, Salam Sarvan Teleqraf.com-a açıqlamasında vəziyyətinin yaxşı olduğunu deyib: "Səhhətim yaxşıdır. Üç gün öncə əməliyyatdan çıxmışam. Xəstəxanadayam və səhhətimdə bərpa prosesi gedir. Yəqin ki, 10-15 gün xəstəxanada qalacam".

Salam Sarvan onu da qeyd edib ki, xəstəxanada onu bütün dostları ziyarət edib.

Qeyd edək ki, Salam Sarvanın qaraciyərində şiş aşkarlanmışdı. O, Mərkəzi Gömrük Hospitalında 10 saatlıq ağır əməliyyat keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm