Sosial
Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Keçirilən yarışda Muğan Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.
Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Salyan rayonu, Aşağı Noxudlu kənd tam orta məktəbinin komandası I yerə, Şirvan şəhər 9 saylı tam orta məktəbin komandası II yerə, Saatlı rayon Qıraqlı kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.
Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
-
Dünya16:06
Trampın "Moskvanı bombalayaram" hədəsinə Kremldən cavab gəldi
-
MDB15:21
Putin mesajını verdi: Məni o əvəz edəcək - Rusiya elitası çalxalandı
-
Sosial15:01
Azərbaycanlı hərbçi itkin düşdü
-
Kriminal14:16
Eyni mənzildə yaşayan iki qadınla bir kişinin macərası: "Gecə gəlsən..." - Şok
-
Köşə13:36
“Xocalıya sürünə-sürən qayıdacam” əhdini edən xanımın anasının Prezidentə dedikləri...
-
İqtisadi gündəm12:56
ABŞ-da bu sistem ləğv edilir: İnflyasiya qapıda
-
Region12:21
İpotekaya ölkə almışıq, amma kirayədə yaşamaq istəyirik - Paşinyandan etiraf
-
Tarix11:36
İki qitəni birləşdirən, peyğəmbərin müjdəsini alan əzəmətli şəhər - Onun fəthi...