Ürək çatışmazlığından əziyyət çəkən Emilə dəstək olaq!
Bizi izləyin

Sosial

Ürək çatışmazlığından əziyyət çəkən Emilə dəstək olaq!

Ürək çatışmazlığından əziyyət çəkən Məmmədov Emil Rauf oğlunun sizin köməyinizə ehtiyacı var.

Yaxınlarının verdiyi məlumata görə, Emilə təcili ürək köçürülməlidir. Ailəsi övladının yaşaması üçün mərhəmətli insanlara müraciət edib:

“Gələcəyin əsgəri, istedadlı gənc, 17 yaşlı Emilin sizin köməyinizə ehtiyacı var. Təcili ürək köçürülmə əməliyyatı olunmalıdır. Maddi dəstək olaraq, Emilin yaşamasında sizin də payınız olsun. Mərhəmətli və imkanlı şəxslərdən bu məsələyə biganə yanaşmamalarını xahiş edirik. Bir manat da Emil üçün böyük köməkdir. Çünki onun xəstəxana və bir çox dərman xərcləri var. Allah kömək edən hər kəsdən razı olsun!”.

Ailəsi bildirib ki, Emil Sumqayıt şəhərində doğulub və hazırda “Yaşıl dərə” yaşayış massivində yaşayırlar. Xəstənin vəziyyəti ağır olduğu üçün o, xəstəxana şəraitində həyat mücadiləsi verir.

Bank hesabı: Kapital BANK: 4169738894119241

Əlaqə nömrəsi: (055) 725 34 54

Oxumağa davam et
Reklam
Reklam

Gündəm