Bakıda toyda dava salan şəxs SAXLANILDI
Bizi izləyin

Sosial

Bakıda toyda dava salan şəxs SAXLANILDI

Ötən gün Bakıda toyda dava salan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Publika.az-a bildirilib ki, iyulun 3-də paytaxtın Xəzər rayonunda qonşular arasında baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları tərəfindən A.Cahangirova və onun atası H.Cahangirova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aqil Qabil oğlu Bayramov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı aidiyyəti üzrə Cinayət Məcəlləsinin adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm