Sosial
Sumqayıtda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi - Fotolar
Beynəlxalq Polietilen Paketdən İmtina Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Publika.az xəbər verir ki, festival çərçivəsində vətəndaşlar plastik, şüşə tullantı və işlənmiş batareyalar təhvil verərək, əvəzinə müxtəlif hədiyyələr əldə ediblər.
Tədbirdə ekokönüllülər kətan üzərində tullantıların düzgün idarə olunmasını əks etdirən müxtəlif şəkillər çəkiblər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıları azaltmaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, o cümlədən ictimaiyyətə polietilen paketlərin zərərləri və alternativləri haqqında məlumat vermək məqsədi daşıyıb.
Polietilen paketlərin ətraf mühitə olan zərərləri haqqında əhalini maarifləndirmək və onların istifadəsindən imtina edərək, daha ekoloji alternativlərə keçidi təşviq etmək məqsədilə hər il iyulun 3-də Beynəlxalq Polietilen Paketdən İmtina Günü qeyd olunur.
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?
-
Kriminal02:43
19 yaşlı oğlan eşq yaşadığı iki qadını öldürüb intihar etdi - FOTOLAR
-
Magazin101:57
Mustafa Sandalın Bakıda çıxış etdiyi dəbdəbəli toydan GÖRÜNTÜLƏR
-
Qoroskop00:35
Günün qoroskopu: bu arzu sizi hərəkətə keçirəcək