Sosial
İki qadın prokurora vəzifə verildi
Baş Prokurorluqda təyinatlar olub.
Baş prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən, Şəlalə Rüstəmova və Səkinə Hüseyinova-Zeynalova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, onların hər ikisi 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, Ş.Rüstəmova bu təyinata qədər Nizami rayon prokurorunun köməkçisi və böyük köməkçisi vəzifələrində, S.Hüseyinova-Zeynalova isə Siyəzən rayon prokurorluğunun müstəntiqi və həmin rayon prokurorunun böyük köməkçisi vəzifələrində işləyib:
"Prokurorluq orqanlarında gender bərabərliyi nəzərə alınmaqla prokurorluğun gənc, yüksək nəzəri bilik və peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcək"-deyə məlumatda deyilir.
-
Elm və təhsil00:45
Azərbaycanda iki yeni universitet FƏALİYYƏTƏ BAŞLAYIR
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ciddi problemlərlə qarşılaşa bilərsiniz
-
Magazin100:00
Brilliantın doğum günündə görün nələr yaşandı
-
Nəqliyyat15 Sentyabr 23:36
Yaponiyada ən qədim vurma cədvəli tapıldı - FOTO
-
Hadisə15 Sentyabr 22:24
Bakıda avtomobil alışıb-yandı - VİDEO
-
Magazin115 Sentyabr 21:48
“Bu dərəcədə aşağılamağı İlqara yaraşdırmadım”
-
Dünya15 Sentyabr 20:12
Türkiyədən ÜZÜCÜ XƏBƏR: yaralananların sayı artdı - FOTO/YENİLƏNDİ
-
İKT15 Sentyabr 19:12
"Apple" istifadəçilərinə ŞAD XƏBƏR: "Yaxın həftələrdə..."