Sosial
Azərbaycanlı deputat yataq otağından video paylaşdı - Şok görüntülər
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir. Hazırda 125 dairədə 1000-dən artıq namizəd təbliğat kampaniyası aparır.
Qeyd edək ki, namizədliyini növbəti dəfə 81 saylı İmişli seçki dairəsindən irəli sürən Razi Nurullayev rəqibləri ilə müqayisədə xüsusi fəallığı ilə seçilir. O, tez-tez namizəd olduğu dairənin ərazisində yerləşən kəndlərə baş çəkir, sakinlərlə görüşür, onların qayğıları ilə maraqlanır.
Publika.az xəbər verir ki,deputat sağlamlığının qeydinə qalmağı da unutmur, çoxsaylı görüşlərin arasında idmana da vaxt ayırır. O, ötən gün yataq otağında idman hərəkətləri ilə məşğul olarkən çəkilmiş görüntüləri paylaşıb.
Əvvəlki videogörüntülərdən fərqli olaraq, Razi Nurullayevin bu davranışı birmənalı qarşılanmayıb. Məlum videogörüntülər dərhal sosial şəbəkələrdə paylaşılaraq, qızğın müzakirə olunub. Sosial şəbəkə istifadəçiləri deputatı ifrat səmimiyyətdə günahlandırıblar. Məlum videogörüntülərin altına “Görün, kimlərin ümidinə qalmışıq. Bundan deputat olar?”, “Ölmədik deputatı yataqda da gördük”, “Şükür kərəminə, Ya Rəbb”, “Üzündə bir qram da nur yoxdur” məzmunlu şərhlər yazıblar. / Yenisabah.az
-
Rəsmi xronika11:11İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO



































