Sosial
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
Azərbaycanda 47, 53, 65, hətta 100 min manata avtomobil nömrələri satılır.
Publika.az xəbər verir ki, Bakıda avtomobil bazarında avtomobil qeydiyyat nişanı qiymətləri müxtəlif rəqəmlərlə alıcılara təqdim olunur.
Yol-nəqliyyat hərəkəti üzrə ekspert Rövşən Həsənov deyir ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adından başqa adamın adına rəsmiləşdirilməsidir.
Ekspert bildirir ki, nəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanının alqı-satqısı yalnız Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçirilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, bu cür elanlar tamamilə qanuna ziddir.
Hüquqşünaslar isə deyirlər ki, avtomobil nömrələrinin bu şəkildə satılması qanunazidd olsa da, qanunvericilikdə bununla bağlı hansısa cəza və ya inzibati tənbeh tədbirləri nəzərdə tutulmayıb.
-
Sosial13:46
Nataşa da əldən çıxdı, Maşa da: Rusiyada bu azərbaycanlılara EVLƏNMƏK QADAĞASI
-
İdman13:40
Ramosun özündən 8 yaş böyük xanımı: Onun cazibədarlığının sirri nədir? - FOTOLAR
-
Hadisə13:23
Azərbaycanda şok hadisə - Zirzəmidə əsir saxlanılan qız xilas edildi
-
Sosial12:44
XİN-dən Ermənistana cavab: Bu qəbuledilməzdir!
-
Rəsmi xronika11:52
İlham Əliyev Ağdama getdi
-
Cənubi Qafqaz11:00
Ermənistanda dövlət çevrilişini görün kim hazırlayıb - Rusiya şok detalları açıqladı
-
Qoroskop10:24
Sentyabrın ən yorğun bürcləri: Bitib-tükəniblər
-
Elm və təhsil08:45
Bakıda bu məktəblərin I siniflərində boş yer yoxdur - SİYAHI