Ramosun özündən 8 yaş böyük xanımı: Onun cazibədarlığının sirri nədir? - FOTOLAR
Bizi izləyin

İdman

Ramosun özündən 8 yaş böyük xanımı: Onun cazibədarlığının sirri nədir? - FOTOLAR

İspaniyalı jurnalist, teleaparıcı, Serxio Ramosun həyat yoldaşı Pilar Rubio necə formada qaldığını göstərib.

Publika.az xəbər verir ki, dörd övlad anası olan ispaniyalı qadının 46 yaşı var. Ramosdan 8 yaş böyükdür. Amma o, heyrətamiz görünür. Onun sirri ciddi rejimdir. Rubio həm qidalanmasına, həm də idman formasına xüsusi diqqət yetirir. Buna görə də daim gözəl və cavan görünür.

Pilar 2006-cı ildən İspaniya kanallarından birində fəaliyyət göstərir. O, televiziya karyerasına süjet və reklamlarla başlayıb. 2007-ci ildə "Premio Joven"dən ən yaxşı televiziya müxbiri mükafatını alıb. Parlaq və istedadlı gözəlliyi bəzi məqamlarda ona kömək edib.

2008 və 2009-cu illərdə o, FHM-ə görə İspaniyanın ən arzuolunan qızı olub. Pilar indi də televiziyada işləməyə davam edir.

Pilar Serxio Ramos ilə "Alma Fondu"nun xeyriyyə tədbirində tanış olub. Rubio ilk olaraq futbolçuya yaxınlaşaraq ondan "Real" formasını istəyib. Onların münasibətləri belə başlayıb.

2013-cü ildə Ramos Piların hamilə olduğunu açıqlayıb. 2014-cü ildə ilk övladları anadan olub. Cütülüyün 2015, 2018 və 2020-ci illərdə daha 3 övladı doğulub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm