Bu ölkədə multi-milyonerlərin sayı artıb
Bizi izləyin

Sosial

Bu ölkədə multi-milyonerlərin sayı artıb

Yeni hesabata görə, dünya üzrə sərvəti 100 milyon dolları keçən insanların sayı 29 min 350-yə çatıb. Super zənginlər xüsusilə ABŞ və Çində daha çox cəmləşib.

Publika.az xəbər verir ki, “Henley & Partners” şirkəti tərəfindən hər il müntəzəm olaraq dərc edilən hesabat dünyanın yeni super zənginlərinin artmaqda olduğunu ortaya qoyub.

Hesabatdakı məlumatlara görə, Çində multi-milyoner əhali 108, ABŞ-da isə 81 faiz artıb. Avropada bu rəqəm 26 faiz olaraq qeyd edilib.

“Henley & Partners”in Türkiyə direktoru Burak Dəmirəl hesabatdakı məlumatları qiymətləndirib. O qeyd edib ki, ultra zənginlərin coğrafiyası dəyişir: “Multi-milyonerlərin 60 faizindən çoxu sahibkarlar və şirkət təsisçiləridir. Onlar tərəfindən qurulan müəssisələr öz ölkələrində çoxlu yaxşı maaşlı iş yerləri yaratdıqları üçün orta təbəqəyə müsbət təsir göstərir”.

Hesabatda Asiyada davam edən yüksəliş vurğulanıb: "Pekin 347 milyoner ilə dünyada 5-ci yerdədir, gözləntilərin çox üzərində bir performansa sahib olan Sinqapur isə 336 multi-milyonerlə Pekini izləyir. Şanxay bu sayda 322 ilə 7, Honq Konq isə 320 ilə 8-ci yerdədir. Sinqapur və Honq Konqun növbəti on beş ildə 100 faizdən çox böyüməsi proqnozlaşdırılır”.

Dünyanın maliyyə paytaxtı və qlobal sərvət mərkəzi hesab edilən London 370 super zənginlə hesabatda 4-cü yerdə qərarlaşıb. Proqnozlara görə, 2040-cı ilə qədər multi-milyonerlərin artımının 50 faiz azalacağı gözlənilir və London siyahının ilk 50-liyindəki yeganə Britaniya şəhəri kimi görünür. Paris 286 multi-milyoner ilə siyahıda 10-cu yerdədir. Siyahıda yer alan digər Fransa şəhəri ölkənin cənub sahilində yerləşən Nitsa olub. Turizm cənnəti olan bu şəhərdə isə 95 milyonçu var.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm