Sosial
Ağdam Sənaye Parkında ölkədə ilk dəfə elektromobillərin şarj cihazları istehsal olunacaq
Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) müəssisəsi elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı ilə məşğuldur. Müəssisədə Avropa və Türkiyənin qabaqcıl texnologiyasının tətbiqi ilə 35 və 10 Kv-luq elektrik paylayıcı qurğular, 0,4 kV-luq güc panelləri və idarəetmə panelləri, kondensator qurğuları və ölkədə ilk dəfə olaraq elektromobillərin şarj cihazları istehsal olunacaq.
Publika.az xəbər verir ki, bunu AZƏRTAC-a “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev deyib.
O bildirib ki, sənaye parkının 1,7 hektar ərazisində yaradılan müəssisə iki mərhələdən ibarətdir. Müəssisəyə ümumilikdə 3 milyon manat investisiya yatırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə işlər yekunlaşıb. Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək.
Müəssisədə 70 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edilib.
-
Sosial13:43
Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yaydı - VİDEO
-
Kriminal12:49
Bir ailənin qətliamına görə - Ömürlük həbs!
-
Sosial12:15
Ev almaq istəyən aztəminatlı ailələrə ŞAD XƏBƏR
-
Rəsmi xronika11:19
Prezident: Bu günü biz birlikdə Xankəndidə qeyd edirik
-
Qoroskop11:10
Günün ən şanslıları: bu üç bürcü xoş sürprizlər gözləyir
-
Sosial10:40
Artıq nə vaxt öləcəyinizi biləcəksiniz: Bu üsulla
-
MDB09:58
Priqojinin əşyaları muzeydə: Görün Şoyqu ona nələr veribmiş - FOTO
-
MDB09:12
İlin sonunda “13-cü pensiya” veriləcək - Kimlər alacaq?