Nida Təhlil
Livanda “peycer əməliyyatı”nın detalları - MOSSAD Hizbullahı necə aldadıb?

Livanda onlarla insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan peycerlərin partlaması müxtəlif sualları ön plana çıxarır:
- Peycerlər nədir?
- Hizbullah niyə bu sistemlərdən istifadə edir?
- “Peycer əməliyyatı”nın arxasında hansı qüvvə dayanır?
Peycer şəxsi mesaj qəbuledicisi olan mobil rabitədir. Peycerə məktub göndərmək üçün bir neçə yol var: ya istifadəçinin telefon nömrəsini yazmaq lazımdır, ya da istifadəçinin adını və mesajı diktə etmək; Peycer rabitə cihazından adətən informasiya sızmasının qarşısının alınması üçün istifadə edilir və əsas itifadəçilər də qruplaşmalar və ya sanksiyalara məruz qalan ölkələrdir, İran kimi.
Hizbullah peycerlərdən kütləvi şəkildə istifadəyə bu ilin fevral ayından başlayıb. Səbəb İsrail kəşfiyyatının onların mobil telefonlarına asanlıqla sıza bilməsi idi. Qruplaşmanın lideri Həsən Nəsrullah cib telefonlarından istifadəni qadağan edib. Bu məqam peycerlərin partlamasının arxasında da İsrailin dayandığı ehtimalını ön plana çıxarır. İran və Hizbullah partlayışlardan sonra İsraili günahlandırsa da, Təl-Əviv nə təsdiq, nə təkzib edib. Hərçənd, İsrail ordusunun “düşmənlərə qarşı müharibənin yeni mərhələsinin” başlandığını elan etməsi diqqət çəkir.
İsrail peycerləri necə partladıb?
Fevral ayında mobil telefon qadağasından sonra Hizbullah üzvlərinin yeni cihazlarla təmin edilməsi üçün sifariş verilən 5 min peycer bir neçə ay öncə qruplaşmaya çatıb. Partlayan peycerlər Tayvan şirkəti “Gold Apollo”ya məxsusdur, cihazların üzərində də şirkətin loqosu var. Müəyyən edilib ki, bu cihazlar şirkətin AR-924 modelinə aiddir. Şirkət isə Hizbullaha peycer satdığını təkzib edir. Rəsmi açıqlamada qeyd olunur ki, partyalan cihazlar BAC adlı Macarıstan şirkətinə məxsusdur.
“Məhsulların dizaynı və istehsalı tamamilə BAC tərəfindən həyata keçirilib. Biz yalnız marka nişanının icazəsini vermişik. İstehsalda və satışda iştirakımız yoxdur”, - şirkət bildirib.
Tayvanın İqtisadi İşlər Nazirliyi də Livana peycer ixracına dair heç bir qeydiyyatın aparılmadığını açıqlayıb. Macarıstan hökuməti isə peycer cihazlarının ölkəyə gətirilmədiyini bildirib. BAC adlı şirkətin də yalnız vasitəçi kimi fəaliyyət göstərdiyi bildirilir.
“Əl-Cəzirə” BAC şirkətini araşdırsa da, onun yalnız kağız üzərində olduğu ortaya çıxıb. Hüquqi ünvanı Budapeştdə göstərilən şirkətin mövcud olduğu bina boşdur. BAC-ın baş direktoru olan Cristiana Barsony-Arcidiacono adlı şəxs haqda məlumat qıtlığı var. Sosial şəbəkə hesabında yalnız UNESCO-da işlədiyi qeyd olunur.
Mütəxəssislər hesab edir ki, İsrail kəşfiyyatı Hizbullahın aldığı peycerlərə partlayıcı çiplər yerləşdirib və əməliyyat başlayanda cihazların eyni anda partladılmasını həyata keçirib. Əsas sual: İsrail Hizbullahın sifariş verdiyi peycerlərə partlayıcı çipləri necə yerləşdirə bilib?
Yayılan məlumatların analizi bununla bağlı iki ehtimalı irəli sürməyə imkan verir.
Birincisi, Hizbullahı peycer cihazları ilə İsrailin özü təmin edib.
Görünür, qruplaşmanın mobil telefonlardan istifadəni dayandırması və peycerlər sifariş etməsi İsrail kəşfiyyatına məlum olub. Mümkündür ki, Budapeştdəki BAC şirkəti İsrail tərəfindən yaradılıb, yaxud Mossad bu şirkət üzərindən peycerlərin çatdırılmasını təmin edib. Hizbullahın aldığı 5 min cihaz da İsrail kəşfiyyatının çiplər yerləşdirdiyi peycerlər olub.
İkincisi, cihazlara partlayıcılar limanda yerləşdirilib.
Livan sanksiyalarla üzləşdiyi üçün ölkəyə gətirilən mallar bir çox hallarda limanda icazə üçün gözləyir. Ehtimal edilir ki, Hizbullahın sifariş verdiyi məhsullar limanda saxlnılarkən, partlayıcı çiplər yerləşdirilib. Məhsulların 3 ay ərzində limanda gözlədiyini nəzərə alsaq, bu da mümkün versiyalar arasındadır.
Lakin hər şey “peycer əməliyyatı” ilə məhdudlaşmır. Peycerlərin partlamasından bir gün sonra Hizbullahın istifadə etdiyi rabitə cihazlarından (telsizlər) partlayanlar olub. Bu cihazlara da partlayıcıların yerləşdirildiyi şübhəsi var.
Asif Nərimanlı

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır