Bakıda güclü yanğın baş verdi - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda güclü yanğın baş verdi - FOTO/VİDEO (YENİLƏNDİ)

Bakının Binəqədi rayonunda baş verən güclü yanğın söndürülüb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam hissəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.

Publika.az xəbər verir ki, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək".

Hadisə yerindən olan görüntüləri təqdim edirik:

xxx

Bakıda yanğın başlayıb.

Publika.az Milli.Az-a istinadla xəbər verir ki, Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verir.

Məlumata görə, hazırda hadisə yerindən partlayış səsləri eşidilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm