Platinidən qeyri-adi təklif: Bunu etsək, futbol daha əyləncəli olacaq
Bizi izləyin

İdman

Platinidən qeyri-adi təklif: Bunu etsək, futbol daha əyləncəli olacaq

UEFA-nın keçmiş prezidenti və üçqat “Qızıl top” sahibi Mişel Platini maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, futbol matçlarının əyləncə dəyərini artırmaq üçün meydanda olan oyunçuların sayını azaltmağı təklif edib:

“Bəlkə bir adamı meydandan çıxarıb, 10 oyunçu ilə oynamalıyıq. 1900-cü ildə 11 nəfərdən ibarət komandalar yaradılmışdı, lakin o vaxtlar indikilərdən daha az qaçırdılar. Onlar daha az güclü idilər, daha yavaş idilər. Buna görə də, bəlkə də oyunçuların sayını məhdudlaşdırmaq yaxşı bir fikir olardı. Bu, meydançada yer azad edərdi”.

Fransa millisinin sabiq yarımmüdafiəçisi onu da qeyd edib ki, onun vaxtında futbol tamam başqa cür görünürdü:

“Mənim nəslimdən olan insanlar artıq futbola baxmırlar, çünki özlərini oyunda görmürlər. Bu gün arxadan daha çox irəli ötürmələr edir, topa sahib olmaqla oynayırlar. Mən tənqid etmirəm. Amma mənim nəslimdən futbolda hücum etməyə öyrəşmiş insanlar bunda tanış heç nə görmürlər”.

Qeyd edək ki, Platini 2007-2015-ci illərdə UEFA prezidenti olub. O, futbolçu kimi “Nansi”, “Sent-Etyen” və “Yuventus”da çıxış edib. Həmçinin Fransa millisində 72 oyun keçirib və 41 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm