Sosial
Qarabağda evlərin kirayə verilməsi məsələsi böyüdü - Müqavilədə nə yazılıb?
Qarabağda, xüsusən də Laçında günlük kirayə verilən evlərlə bağlı müzakirələr səngimir. Bir çox insanlar, eləcə də ekspertlərin fikrincə, həmin ərazilərdə evlərin günü 100-200 manat civarında kirayə verilməsi doğru addım deyil. Eyni məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev də sosial şəbəkədə paylaşım edib.
Sitat: “Azad olunan ərazilərdə dövlət tərəfindən vətəndaşlara verilən evlərin qazanc məqsədilə kirayə verilməsinin qarşısı alınmalıdır. Bu evlər geri alınmalı və ehtiyacı olanlara paylanmalıdır”.
Ə.Verdiyevin bu paylaşımı birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Ədalət Verdiyev deyib ki, söhbət qarabağlılardan getmir:
“Söhbət dolanışıq üçün deyil, qazanc məqsədilə inşa olunan evlərin kirayə verilməsindən gedir. Bunu qarabağlılara bağlamayaq. Bu evlər vətəndaşlara verilən zaman müqavilədə konkret olaraq göstərilib ki, həmin evlər başqasına və ya kirayə verilə bilməz. Burada əsas məqsəd maksimum sayda vətəndaşımızın azad olunan ərazidə məskunlaşmasını təmin etməkdən ibarətdir”.
Ədalət Verdiyev müqavilə məsələsinə belə aydınlıq gətirib:
“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) ilə vətəndaşlar arasında bağlanan müqavilənin 3-cü bəndinə əsasən, bərpa edilmiş evin sakin tərəfindən kirayə verilməsi qadağan edilir”.
Hərbi ekspertin sözlərinə görə, azad olunan ərazilərin inkişafını həmin yerlərə turist kimi səfər edib bu evlərdə müvəqqəti qalan şəxslər deyil, yerli sakinlər təmin edəcək:
“Dövlət azad olunan ərazilərdə universitetlər inşa edir, bir çox məktəblərin açılışını reallaşdırır. O ərazilərdə yaşayanlar bütün infrastrukturla, zəruri olan kommunal xidmətlərlə təmin olunub. Bəli, işsizlik problemi ola bilər. Bu problem dünyanın hər yerində, eləcə də Bakıda var. İşsizliyi bəhanə edib evi kirayə verib, birdəfəlik o ərazini tərk etmək yanlış addımdır. Eyni zamanda bir qədər də təhlükəli tendensiyadır. Bunun qarşısının alınması çox vacibdir”.
Qeyd edək ki, Ədalət Verdiyevin bu mövqeyinə sosial şəbəkələrdə bir çox tanınmış etiraz edib.
-
Sosial18:36
Sakinlərin NƏZƏRİNƏ: bəzi ərazilərdə işıq olmayacaq
-
Magazin118:24
Aynişan yenidən ora getmək istəyir - FOTO
-
Nida Xəbər 15:20
Qarayaxma kampaniyası aparanlara Prezidentdən CAVAB
-
MDB14:35
Rusiyadan “Taliban”la bağlı vacib QƏRAR
-
Magazin214:15
Üç ay öncə ana olan Heyli Biber formada olduğunu göstərdi - FOTO
-
Region13:30
İrəvanda polis rəisinin meyiti kabinetində tapıldı - Günlər öncə ölübmüş
-
İdman13:05
Lamin Yamalın yeni ilham pərisi - FOTOLAR
-
Dünya11:22
Nazirin avtomobil karvanında QƏZA: vəzifəli şəxs öldü, yaralılar var - FOTO