Nida Xəbər
Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
Kanadanın Montreal şəhərində NATO Parlament Assambleyasının (PA) 70-ci illik sessiyası öz işinə başlayıb.
Publika.az xəbər verir ki, noyabrın 22-dən 25-nə qədər keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edirlər.
Sessiyanın komitə iclasları çərçivəsində Ukraynadakı müharibə, Alyansın Vaşinqton Zirvə görüşündən irəli gələn nəticələr və qəbul olunan qərarlar, Alyansın müdafiəsinin gücləndirilməsi, NATO-nun tərəfdaşlıqlarının gələcəyi, eləcə də Qlobal Cənub və Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Qara dəniz regionu təhlükəsizliyi, Çindən irəli gələn təhdidlər, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, iqlim dəyişikliyi, yüksək texnologiyaların və süni intellektin tətbiqi və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Tədbirdə Milli Məclisin nümayəndə heyəti və Azərbaycanın NATO yanında nümayəndəliyinin üzvləri iştirak edirlər.
Səfər çərçivəsində, Azərbaycan nümayəndə heyəti, həmçinin NATO PA-nın Baş katibi Ruxandra Popa və Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə də görüş keçirib.
-
Sosial13:32Prezidentin təltif etdiyi Fərəcov kimdir? - DOSYE
-
Sosial12:52Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıldı
-
Hadisə12:38İrəvanda ermənisayaq zarafat: Zebra bildilər, eşşək çıxdı - VİDEO
-
Dünya12:02Vəzifə müvəqqətidir, çörək əbədi: Baş nazir "pekarnı"da işə başladı - FOTO
-
Nida Xəbər 11:38MM-də komissiya yaradıldı, Ziyafət Əsgərov sədr oldu
-
Nida Xəbər 10:58Aİ səfiri XİN-ə çağırıldı: Etiraz notası təqdim olundu
-
İdman10:18Restoranda görüblər: Yamal indi də bu gözəllə eşq yaşayır - FOTOLAR
-
ABŞ09:48Güllədən qorxmayan prezident görün nədən qorxur - Tramp hər kəsi şoka saldı





























.png)

.jpg)





