Sosial
Masazırda sursat aşkar edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 təlim əl qumbarası və 4 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
-
Ekopublika.az19:15
Bakıda mənzillər son 1 ildə nə qədər bahalaşıb?
-
İdman19:05
Serhat Akına silahlı hücum edənlər saxlanıldı
-
Region18:00
İran Ermənistanda bu mərkəzi də qurdu: Qonşularımızın niyyəti nədir?
-
Sosial17:06
Əli Əsədov qərar imzaladı
-
Magazin216:16
Dəfnimə gəlməsinlər, özüm təkbaşına gedərəm - Bülənt Ərsoy
-
Qarabağ 15:20
İrəvanda mühasirə: Xankəndidən qaçan separatçılar bir-birlərini qırır
-
Rəsmi xronika15:15
İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNDİ/FOTO
-
Region15:06
Kursk vilayəti AZAD EDİLDİ - Alaudinov ELAN ETDİ