Sosial
Nazirlikdə bir sıra ölkələrin rəssamlar ittifaqlarının təmsilçiləri ilə görüş oldu - FOTOLAR
Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib.
Publika.az xəbər verir ki, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.
-
İdman19:40
Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
-
Ekopublika.az19:15
Bakıda mənzillər son 1 ildə nə qədər bahalaşıb?
-
İdman19:05
Serhat Akına silahlı hücum edən 5 nəfər həbs olundu
-
Region18:00
İran Ermənistanda bu mərkəzi də qurdu: Qonşularımızın niyyəti nədir?
-
Sosial17:06
Əli Əsədov qərar imzaladı
-
Magazin216:16
Dəfnimə gəlməsinlər, özüm təkbaşına gedərəm - Bülənt Ərsoy
-
Qarabağ 15:20
İrəvanda mühasirə: Xankəndidən qaçan separatçılar bir-birlərini qırır
-
Rəsmi xronika15:15
İlham Əliyev Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi - YENİLƏNDİ/FOTO