Sosial
Son vaxtlar məhşurlaşan “A-frame” tipli evlərlə bağlı problem - VİDEO
Son zamanalar Bakıda və bölgələrdə məhşurlaşan “A-frame” evlərin sayı artıb. Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib.
Bəs bu tip evlərə niyə çıxarış verilmir?
Publika.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, evlərə sənəd ala bilməmək onlar üçün müxtəlif problemlər yaradır. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu evlərə çıxarış verilməməsinin başlıca səbəbi qanundakı boşluqdur.
Maraqlısı isə odur ki, bu tip evlər çıxarışla təmin olunmasa da, kommunal xidmətlərə qoşulmağa icazə verilir. Burada isə belə bir sual ortaya çıxır: əgər çıxarış verilməyəcəksə, bu evlərin tikilməsinə niyə icazə verilir?
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov bildirdi ki, "A-frame" evlər fərdi yaşayış evi kimi əsaslı tikinti işləri aparılmaqla daşınmaz əmlak olaraq inşa edilibsə, müvafiq sənədlə, yəni çıxarışla təmin edilir. Yox, əgər yüngül konstruksiyadan müvəqqəti tikili kimi inşa edilibsə, daşınmaz əmlak hesab olunmadığı üçün dövlət reyestrində hüquq predmeti deyil.
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI
-
Sosial13:40
Uçuşu idarə edən şəxs etiraf etdi – “Təyyarə Qroznıya enə bilərdi, amma...”
-
Sosial12:55
Bakıdan Aktauya uçan təyyarədə problem yarandı
-
Dünya12:30
Netanyahuya xərçəng diaqnozu qoyuldu - Onu bu şəxs əvəzləyəcək
-
Sosial11:50
Həlak olan pilotumuzun adına bu ölkədə təqaüd veriləcək