Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
Bizi izləyin

Magazin2

Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO

Dünya şöhrətli aktrisa Monika Belluççi və sevgilisi, rejissor Tim Burton Lionda baş tutan Lümyer qardaşları film festivalının açılış mərasiminə qatılıb.

Publika.az xəbər verir ki, 60 yaşlı aktrisa tədbirə tünd qəhvəyi rəngli, çiyin dekolteli geyimdə qatılıb. O, 66 yaşlı Tim Burton ilə əl-ələ tutaraq fotoqraflara pozalar verib.

Xatırladaq ki, Monika Belluççi ilə Tim Burtonun eşq yaşadığı barədə şayiələr 2023-cü ilin fevralında yayılıb. Fransanın "Paris Match" qəzetinin yazdığına görə, o zaman məşhurlar dörd ay idi ki, görüşürdülər. İyunun sonunda aktrisa "Elle France" jurnalına müsahibəsində rejissorla görüşdüyünü təsdiqləyib. Bu ilin avqust ayında isə Monika Belluççi və Tim Burton İtaliyada görüntülənib. Aşiqlər "Beetlejuice 2" filminin premyerasının da baş tutduğu film festivalı üçün Venesiyada olublar.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm