Bakıda kafe yandı, məktəb binasına da zərər dəydi
Bizi izləyin

Hadisə

Bakıda kafe yandı, məktəb binasına da zərər dəydi

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 70 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 14 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yüksək temperaturdan bitişik məktəb binasının akt zalının 1 ədəd pəncərəsi əriyib.

Kafenin qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm