Dünya
İsrail 1 gündə "Hizbullah"ın 200-ə yaxın hədəfinə zərbə endirdi
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah" hədəflərinə zərbə endirib.
Publika.az xəbər verir ki, İsrail təyyarələri son 24 saat ərzində Livanda şiə təşkilatı "Hizbullah"ın 200-ə yaxın hədəfınə hücum edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.
Qeyd olunub ki, zərbələr Livanın dərinliklərinə və ölkənin cənubuna endirilib.
Raket qurğuları, tank əleyhinə raketlərin buraxılması üçün mövqelər, hərbi infrastruktur obyektləri və "Hizbullah"ın ayrı-ayrı silahlı birləşmələri vurulub.
Livanın cənubunda İsraillə həmsərhəd bölgələrdə məhdud quru əməliyyatının davam etdiyi də vurğulanıb.
Xatırladaq ki, "Al Mayadeen" telekanalı bundan əvvəl İsrail qırıcılarının Livanın şimal-şərqinə silsilə hücumlar təşkil etdiyini bildirmişdi.
Ləman
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?