Sosial
Cənubi Qafqazda ikinci ən böyük GES... - Fərid Səfərov
Naxçıvanda ilk dəfə 2015-ci ildə 22 meqavat gücündə “Xalxal” Günəş Elektrik Stansiyası tikilib. Bu stansiya 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasından sonra genarasiya gücünə görə Cənubi Qafqazda və ölkədə ikinci ən böyük GES-dir.
Publika.az xəbər verir ki, bu sözləri Naxçıvan Günəş elektrik stansiyasının direktoru Fərid Səfərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, il ərzində burdan 30 milyon kilovatsaat enerji istehsal olunur:
"Bu stansiya alternativ və bərpa olunan enerji mənbələrində istehsal gücünün 20 faizini təşkil edir.
36 hektar sahədə 86383 ədəd günəş panelləri quraşdırılıb.
Hazırda Naxçıvanda 4 GES: Xalxal GES, Şərur GES, Kəngərli GES və Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyaları fəaliyyət göstərir. Naxçıvanda dünyanın aparıcı enerji şirkətlərindən Total Energies, Czech Engineering, Nobel Energy, Masdar, ACWA Power, China Energy, Notus ilə günəş enerjisinin layihələrinin reallaşdırılması üçün görüşlər keçirilir".
O qeyd edib ki, bu istiqamət üzrə yol xəritəsi hazırlanır:
"Bu enerji investisiyalarının hamısı bərpaolunan və alternativ enerji sektoruna yönəldilib. Əslində enerji nəhənglərinin Naxçıvana can atmasında bir sirr də vardır ki, burda günəşli günlərin sayı çoxdur".
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO