Sosial
Qarabağa ali təhsilin qayıtması parlaq gələcəkdən xəbər verir - Gürcüstan azərbaycanlısı
İşğaldan azad olunan ərazilərə ikinci səfərim olsa da, Xankəndiyə ilk dəfədir gəlirəm. Hər iki səfərimdə bu torpaqlara qədəm qoyanda şəhidlərimizin ruhunun şad olduğuna əmin oluram, çünki uzun illər işğalda qalan Azərbaycan torpaqları artıq azaddır və bu yerlərə yenidən həyat qayıdır.
Publika.az xəbər verir ki, bu sözləri Azərtac-ın bölgə müxbirinə açıqlamasında Gürcüstanda yaşayan azərbaycanlı şairə Səadət Abdullayeva söyləyib.
O deyib: “Hər iki səfərimdə azad edilən torpaqlarda canlanma olduğunu gördüm. Bu gün isə Xankəndi şəhərini gəzdik, burada aparılan tikinti-quruculuq işlərini görmək çox xoşdur. Qarabağ Universitetində tələbələrlə söhbət etdim, bu gənclər bizim gələcəyimizdir. Onlarla görüşmək məni çox sevindirdi. Bu yerlərə gələndə vüqarla addımlayıram, çünki Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib və hər yerdə üçrəngli ay-ulduzlu şanlı bayraq dalğalanır. Qarabağa ali təhsilin qayıtması özlüyündə parlaq gələcəkdən xəbər verir. Havası, torpağı, suyu gözəl olan bir diyarda yetişən gənclik gələcəyin alimi, şairi, həkimi, müəllimi olacaq. Arzu edirəm ki, Azərbaycanımız hər zaman belə sevincə qərq olsun”.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO