Sosial
Müharibə veteranlarına verilən müavinət artacaq - Nə qədər?
Son günlər bir çox sahədə sosial müavinətlərin artırılması müzakirə edilir. Hazırda müharibə veteranlarının aylıq müavinəti 80 manatdır. Bəs görəsən onlara dövlət tərəfindən ayrılan müavinət artırıla bilərmi?
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu müavinətlərin artırılması gözləniləndir:
"Bu müavinətlərin artırılmasına ehtiyac var. Çünki ən son təyin olunan məbləğdən sonra keçən dövr ərzində ölkədə xeyli bahalaşmalar yaranıb. Pul öz dəyərinin itirib. Buna görə də bu məbləğin alıcılıq qabiliyyəti təyin olduğu dövrə görə iki dəfə azdır. Yəni faktiki götürsək, indiki dövrdə ən azı 150 manat təyin olunmalıdır. Çünki artıq 80 manata heç nə almaq mümkün deyil. Həm ərzağın qiyməti, həm nəqliyyatda gediş haqları, həm dərmanların qiyməti artıb. Bu o deməkdir ki, pulun əmtəə dəyəri son iki ildə iki dəfə aşağı düşüb. Buna görə mən hesab edirəm ki, veteranlıq üçün alınan müavinət ən azı 2 dəfə artırılmalı, minimum 150 manata çatdırılmalıdır. Çünki bu adamlar müharibədə iştirak edib, vətən uğrunda sağlamlıqlarını qurban veriblər. Amma indi onların əksəriyyəti sosial cəhətdən aztəminatlıdır. Onların arasında çox az maaşa işləyənlər, hətta işsizlər belə var. Dövlət bu məsələdə öz köməkliyini göstərməlidir. Bu müavinətlərin artırılması gözləniləndir, lakin məbləğin 150 manatdan daha çox olması isə gözlənilmir".
-
Yaxın Şərq17:35
Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu - FOTO
-
Yaxın Şərq16:46
TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi
-
Maraq dünyası16:16
Van gölü möcüzəsi: Niyə uşaqların saçı yayda saralır, qışda isə qaralır? - FOTOLAR
-
Sosial15:33
Məşhur şadlıq sarayı bağlanır? - FOTO
-
Kriminal14:36
Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...” - Şok təfərrüat / VİDEO
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri