Sosial
Sumqayıtda müəssisədə partlayış: xəsarət alan var - Yeniləndi
Sumqaylıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
Publika.az Report-a istinadla xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev işlədikləri müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.
Nəticədə hər 2 şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
xxx
Sumqayıt şəhərində müəssisədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
Publika.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, 11:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü iki şəxs (kişi cinsli) hospitalizasiya olunub.
Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termik və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.
Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
-
Sosial20:25
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Magazin120:20
Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO
-
Sosial20:10
Reabilitasiya mərkəzinin rəhbəri HƏBS EDİLDİ
-
Yaxın Şərq19:50
Bəşər Əsədin alt paltarında FOTOLARINI YAYDILAR
-
ABŞ19:40
Tramp bitkoinçiləri TƏBRİK ETDİ: "Mənim zövqüm"
-
Banklar 18:40
AMB sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
-
Nida Xəbər 18:12
Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il ARTIRILDI
-
Sosial17:38
Prezidentin yüksək vəzifə verdiyi Məmmədyarov kimdir? - DOSYE