Sosial
Daha bir yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur;
- obyektin ərazisində yanğın su hovuzu mövcud deyil;
- obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
- bəzi hissələrdə tavan və divarlar tezalışan üzlüklə üzlənib;
- obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
-
Hadisə03:44
Şəkidə dəhşətli qəzada ölən qardaş və bacıların FOTOSU
-
Dünya01:40
Tramp Putinlə görüşü LƏĞV ETDİ
-
ABŞ01:20
Bu xəbərləri təkzib etdi: Yalandır
-
MDB00:55
Rusiyada daha bir partlayış: 4 nəfər öldü, yaralılar var - Video
-
İdman22 Oktyabr 22:39
"Qarabağ" "Atletik"ə məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
İdman22 Oktyabr 22:12
"Qarabağ"ın oyununda erməni təxribatı - Foto/Video/Yeniləndi
-
Magazin122 Oktyabr 20:36
Sonaxanım efirdə parikini çıxardı: "Deyirlər ki, keçəldir" - VİDEO
-
Hadisə22 Oktyabr 19:00
Bakı metrosunda ölüm hadisəsi baş verdi