Sosial
Azərbaycanda kərə yağı YENƏ BAHALAŞDI
Azərbaycanda son bir ayda kərə yağı yenidən bahalaşıb.
Publika.az Bakupost.az-a istinadən xəbər verir ki, marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır.
Belə ki, oktyabrın sonlarında bir kiloqramı 21,99 manata satılan "Belarus" kərə yağı hazırda 23,95 manata qalxıb.
Müqayisə üçün bildirək ki, sentyabrda "Belarus" kərə yağının bir kiloqramı 18,49 manat idi.
Dövlət Statistika Komitəsinin ötən gün yaydığı məlumatda da noyabr ayında bahalaşan ərzaq məhsulları sırasında kərə yağının daha çox bahalaşdığı bildirilib.
Qeyd edək ki, mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)




























