Xocalının Ballıca kəndində sakinlərə evlərin açarları təqdim olundu - FOTO
Bizi izləyin

Sosial

Xocalının Ballıca kəndində sakinlərə evlərin açarları təqdim olundu - FOTO

Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib.

Publika.az xəbər verirk ki, ölkənin müxtəlif şəhər və rayonlarında, müvəqqəti məskunlaşma yerlərində yaşayan 27 ailə, ümumilikdə 152 nəfər Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər.

Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

E. Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb:

"Allah ayağınızı, nəfəsinizi bu torpaqdan əskik etməsin. Xocalı sakinləri, keçmiş məcburi köçkünlər nəhayət ki, 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayırlar. Burda həyat yenidən canlanır. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri binaları, 200 şagirdlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir".

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib.2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm