Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu
Bizi izləyin

Sosial

Kapital Bank-da “Tech Guild Kick-Off”: Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu

Kapital Bank-ın “Agile” və Texniki ofisinin birgə təşkilatçılığı ilə “Tech Guild Kick-Off” tədbiri baş tutdu. Tədbir texniki və biznes sahələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, həmçinin texnologiya sahəsində yeni yanaşmaların tətbiqinə həsr edildi.

Tədbirin açılışında “Agile” Ekspert Mərkəzinin lideri Şahnaz Nuri gildiyaların “Agile” transformasiyaya yeni nəfəs gətirdiyini və bir çox istiqamətin inkişafında yeni bir cığır açdığını vurğuladı. O, gildiyaların əməkdaşların yalnız öz fəaliyyət sahələrində deyil, digər istiqamətlərdə də bilik və bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir vasitə olduğunu, eləcə də bunun biznesə həm sürət, həm də keyfiyyət qatacağına inandığını qeyd edib. İnformasiya texnologiyaları idarəsinin Baş direktoru Mixail Qromov isə gələcək perspektivlər və innovativ həllərin biznesə qatdığı töhfələr haqqında danışıb. Tədbirdə Kapital Bank-ın biznes və texniki liderlərinin iştirakı ilə təşkil edilən panel xüsusilə seçilib. Paneldə texniki mükəmməllik və biznesdə sürətin balansı, prioritetlərin idarə olunması, çevik rollardan gözləntilər kimi mövzular müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbir çərçivəsində “DevOps”, “Arxitektura və Development”, “QA və Analitika”, eləcə də “İnformasiya təhlükəsizliyi” kimi dörd əsas istiqamət üzrə 16 sessiya keçirilib. 400-dən çox əməkdaşın iştirak etdiyi bu sessiyalarda Kapital Bank-la yanaşı, “Umico” və “Pasha Pay” şirkətlərini təmsil edən spikerlər də çıxış edib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm