Sosial
Bakının məşhur bazarı sökülür - İki həftə vaxt verildi
Keşlə bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.
Publika.az xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.
İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.
"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat elə bu gün verilib.
Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.
(Xəzər TV)
-
İdman02:43
Həyat yoldaşı Messinin unikal FOTOSUNU paylaşdı
-
MDB02:00
Rusiyada sərnişin və yük qatarları toqquşdu: 1 ölü, 27 yaralı var - YENİLƏNDİ
-
Sosial01:55
Bakının məşhur bazarı sökülür - İki həftə vaxt verildi
-
İqtisadi gündəm01:15
Mişustindən Azərbaycanla bağlı SƏRƏNCAM
-
Qoroskop00:55
Günün qoroskopu: itkilərlə üzləşmək riskiniz var
-
Pul00:35
Dolların qiymətinə təsir edən mühüm QƏRAR
-
Hadisə18 Dekabr 23:40
Xəzərdə zəlzələ oldu
-
Nəqliyyat18 Dekabr 23:30
Bu yolda sürət həddi endirildi