Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur həbs edildi
Bizi izləyin

Sosial

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmur həbs edildi

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri Rafiq Hacıyev həbs edilib.

Publika.az xəbər verir ki, Hacıyev vəzifə səlahiyyətləridən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda təqsirli bilinib.

Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə azadlıqda idi. Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən, R.Hacıyev 8 il 3 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Rafiq Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi./"Qafqazinfo"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm