Ekologiya
Balıq sevənlərə ŞAD XƏBƏR - Yeni bazarlar salınacaq
Azərbaycanda balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkil edilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər, bununla əlaqədar bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərmanında öz əksini tapıb.
Fərmanla "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib. Dəyişikliyə əsasən, nazirlik şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub bölməsinin sahilboyu 20-50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etməli, ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanlarını ilə razılaşdırmaqla müəyyən etməlidir.
-
Yaxın Şərq01:41SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazalarına zərbələr endirdi
-
Mətbəx01:11Sobada ətli kartof kolbasası resepti
-
Qoroskop01:00Həftə sonunun ən şanslı 3 bürcü
-
Magazin200:30Çağatay evlənir? - Sevgilisi danışdı
-
Səhiyyə21 Noyabr 23:36Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı - Bel ağrısının səbəbi nədir?
-
Region21 Noyabr 23:24Türkiyə Yəmənə ordu yeridəcək? - Hakan Fidandan açıqlama
-
Sosial21 Noyabr 22:12Gənc hüquqşünas vəfat etdi
-
Magazin121 Noyabr 21:12Natavan bu fotoları evində çəkdirir - VİDEO



































