Qarabağ
Vardanyan və Arutyunyan Bakıda elə sirləri etiraf ediblər ki... - İrəvanda qorxu
Qarabağda törətdikləri hərbi cinayətlərə görə həbs edilən Ruben Vardanyan, Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin Ermənistan hakimiyyəti tərəfindən niyə müdafiə olunmadığına dair diqqətçəkən iddia yayılıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri Ermənistan hakimiyyətinin qorxduğunu iddia edir.
Nəşr hərbi cinayətkar Araik Arutyunyanın Azərbaycan mediasına müsahibə verəcəyini, lakin həmin müsahibənin təxirə salındığını xatırladıb.
“Müsahibə xəbərindən Ermənistanda kimlərin qorxuya düşdüyü müəmmalı olaraq qalır. Lakin ola bilsin ki, Mher Qriqoryan (Paşinyanın müavini) zəng edib və Bakının nə istədiyini soruşub. Bu isə o deməkdir ki, Ermənistan danışıqlarda Azərbaycana daha bir məsələdə güzəştə gedib.
İstisna deyil ki, belə müsahibələr təkcə Araik Arutyunyandan yox, digərlərindən də götürülüb. Onlar elə şeylər danışıblar ki, təkcə Paşinyan və onun hakimiyyətini yox, bütün erməni xalqını iflic etməyə yetərlidir”, - nəşr iddia edir.
Asif
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək





































